Tədbirdə Müasir Qadın və Cəmiyyət İB sədri Fidan Kazımova, Azərbaycan Dövlət Neft Sənaye Universitetinin nəzdində Bakı Neft- Energetika Kollecinin Təlim-tərbiyə işləri üzrə direktor müavini Hüseyn Hüseynov, Bakı Dövlət Universitetinin Sosial Elmlər Psixologiya fakultəsinin müəllimi Lalə Maxsudova, kollecin müəllim və pisixoloqları, Azərbaycan Dövlət Neft Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin II-III kurs tələbələri iştirak etdilər.
25.10.2024- cü il tarixdə keçirilən tədbirdə kiberzorakılığın mənfi təsirləri, kiberzorakılıqla mübarizəni əks etdirən animasiya video-çarx auditoriyaya təqdim olundu .
Müasir Qadın və Cəmiyyət İB sədri Fidan Kazımova çıxış edərək bildirdi ki ,
Azərbaycan Respblikasının Qeyri Hökumət Təşkilatlarına Dəstək Agentliyinin maliyyə dəstəyi və Müasir Qadın və Cəmiyyət İB tərəfindən “Yeniyetmələr arasında kiberzorakılıq, qısnama hallarına qarşı mübarizə” adlı layihə çərçivəsində hazırlanan bu qısametrajlı animasiya video- çarx gənc və yeiyetmələrə kiberzorakılıqla mübaizənin yolları, bullinq və.s kimi neqativ halların aradan qaldırılmasına dəstək məqsədi ilə hazırlanıb . O həmçinin bildirdi ki, layihə uşaq və yeniyetmələr arasında müxtəlif psixi travmaların, qloballaşmanın mənfi təsirlərinin yaratdığı deviant davranış və suisid meyllərinin aradan qaldırılması yönündə məktəb psixoloqlarının şagird, müəllim və valideynlərlə aparmalı olduqları maariflən¬dirmə, profilaktika, reabilitasiya və s. işlərin təşkili sahəsində bacarıqlarının formalaşdırılmasına istiqamətlənib.
Tədbirdə çıxış edən psixoloq, müəllimlər vurğuladlar ki, rəqəmsal texnologiyaların faydalarından bəd niyyətlə istifadə edənlər öz məqsədlərinə nail olmaq üçün yeniyetmə və gənclərə, xüsusən də qızlara daha çox zərər verirlər. Kiber zorakılığa məruz qalanlar müəllimlərin, ailənin və sosial çevrənin qınağından çəkinərək bunu gizli saxlamağı üstün tutaraq stresə, depressiyaya düşür, bəzi hallarda isə öz həyatlarına son qoymağa qərarlı olurlar. Bu kimi halların nəticəsidir ki, son illər dünyada və ölkəmizdə yeniyetmələr, məktəblilər arasında intihar hallarının artımı müşahidə olunur. Bunu bir sıra iqtisadi amillərlə, valideyn və müəllimlərin qeyri-etik davranışı, məktəb psixoloqlarının öz işini bilməməsi və s. ilə də əlaqələndirmək olar . Beynəlxalq praktikaya və Azərbaycan Respublikasının Təhsil haqqında Qanununa əsasən hər bir təhsil ocağının adminstrativ heyəti, müəllimlər, psixoloqlar, valideynlər birlikdə şagirdlərlə davamlı iş aparmalıdırlar.
Daha sonra Azərbaycan Dövlət Neft Sənaye Universitetinin nəzdində Bakı Neft- Energetika Kollecinin Təlim-tərbiyə işləri üzrə direktor müavini Hüseyn Hüseynov çıxış edərək Müasir Qadın və Cəmiyyət İB-nə təşəkür edərək bildirdi ki, belə aktual mövzu üzrə tədbirlərinkeçirilməsi, kiberzorakılıq barədə maarifləndirici resursların təqdim olunması çox vacibdir.
Bakı Dövlət Universitetinin Sosial Elmlər Pisixologiya fakultəsinin Gender və Tətbiqi Psixologiya kafedrasının müəllimi Lalə Maxsudova tədbiri davam etdirərk bildirdi ki, məhz bu günkü tədbiri keçirilməsində məqsəd informasiya və kommunikasiya texnologiyalarından istifadə zamanı yeniyetmə və gənclərin (xüsusən də qızların) üzləşdiyi kiber-zorakılıq, kiberbullinqin törətdiyi müxtəlif psixi travmaların, intihara meylliliyin, eyni zamanda qloballaşmanın mənfi təsirlərinin yaratdığı deviant davranış və suisid meyllərinin aradan qaldırılmasına dəstək olmaq və kiberzorakılıq, bullinq hallarına qarşı susqunluğun aradan qaldırıması və ictimai qınağın formalaşdırılmasıdır.