XƏBƏRLENTİ

xeberlenti.com

Ucar rayonundan olan qazilər iş istəyirlər – “Orada işləmək bizim səhhətimizə uyğundur”

“Vətən müharibəsində iştirak etdiyimiz döyüşlərdə yaralandıqdan sonra “Qazi” statusu almışıq. Hər ikimiz ailəliyik və himayəmizdə azyaşlı övladlarımız var. İşlə təmin olunmaq üçün Məşğulluq Mərkəzində qeydiyyata alınsaq da, indiyə qədər heç bir işlə təmin olunmamışıq”.

Xeberlenti.com  xəbər verir ki,  bu sözləri “AzPolitika.info”-ya müraciətində Ucar rayonundan olan II Qarabağ müharibəsi qaziləri – Vahidli Nahid Əlivahid oğlu və Cəfərov Vəli Musa oğlu bildiriblər.

Qarabağ qazilərinin sözlərin  görə, Məşğulluq İdarəsi pul ala bilmədiyi şəxslərə iş yeri kimi Ucar rayonunun Alpout kəndində yerləşən “Mərcan” quşçuluq fabrikində işləməyi təklif edir: “Bu fabrikin iş saatı səhər 08-00-dan gecə 01-00-a kimidir. Həmçinin fabrikdə olan nəmişlik, üfunət və digər ağır şəraitlərə görə, orada işləmək bizim səhhətimizə uyğun deyil”.

Qazilər təklif edirlər ki, “DOST” İş Mərkəzinin xətti ilə onları Ucar rayon Kommunal Müəssisələri Kombinatında işlə təmin etsinlər.

“Cənab Prezidentin və nazir Sahil Babayevin xüsusi göstərişi var ki, ilk növbədə şəhid ailələri və qazilər növbədən kənar işlə təmin olunmalıdırlar. Ancaq Ucar rayonunda buna məhəl qoyan yoxdur. Çünki Ucar rayonunun məsul vəzifəli şəxsləri prezidentin tapşırığını yox, şəxsi maraqlarını düşünürlər. Ucar rayon Kommunal Müəssisələri Kombinatında ağac sulayan, bağları, ağacları qoruyan və bu kimi digər işlər var ki, orada işləmək bizim səhhətimizə uyğundur. Müvafiq qurumlardan xahiş edirik ki, “DOST” İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında işləyən 65 yaşı tamam olan insanları işdən çıxarıb, bizi onların yerinə işə qəbul edəsiniz”,-deyə müraciətdə bildirilir.

About Author