Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Əkbər Bəxtiyar oğlu Abbasov isə Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bununla bağlı da Prezident İlham Əliyev sərəncam imzalayıb.