XƏBƏRLENTİ

xeberlenti.com

Fransa rusiyalı oliqarxların əmlakı ilə bağlı araşdırmaya başlayıb

Fransa Maliyyə Prokurorluğu Rusiya Prezidenti Vladimir Putinə yaxın oliqarxların ölkə ərazisində yerləşən sərvətlərinin mənşəyi ilə bağlı ilkin araşdırmaya başlayıb.

Bu barədə “Report” “Le Parisien” nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, istintaq çirkli pulların mütəşəkkil şəkildə yuyulması, korrupsiya cinayətləri, büdcə vəsaitlərinin mənimsənilməsi və vergi qanunvericiliyinin kobud şəkildə pozulması ilə bağlı mümkün hallara aiddir.

Qeyd olunub ki, araşdırma nəticəsində Rusiya dövlət başçısına yaxın bəzi oliqarxların hansı şəraitdə Fransada böyük miqdarda sərvətlər əldə etməsi müəyyən olunmalıdır.

About Author