Ukrayna Milli Təhlükəsizlik Xidməti rusiyalı politoloqlar Armen Qasparyan və Timofey Sergeytsevi beynəlxalq axtarışa verib.
Ukrayna mətbuatı xəbər verir ki, Qasparyanla Sergeytsevə qarşı Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi üzrə ittiham irəli sürülüb.
Xəbərdə qeyd olunur ki, Putinin və ətrafındakıların tez-tez istifadə etdiyi “Ukraynanın denasifikasiyası” terminini ilk olaraq gündəmə gətirən məhz Armen Qasparyan olub.
O, hələ 2018-ci ildə nəşr etdirdiyi “Ukraynanın denasifikasiyası. Dərs çıxarmayan ölkə” adlı kitabında Ukrayna dövlətçiliyinin əleyhinə çıxıb və Rusiyanı bu ölkəyə qarşı hərbi hücuma keçməyə çağırıb. Məhz bu mikrob görünüşlü canlı ilk dəfə “denasifikasiya” ifadəsini gündəmə gətirərək, onu Ukraynaya qarşı tətbiq edib.
Putin isə həmin ifadədən Ukraynaya qarşı işğalçılıq müharibəsində saxta bəhanələrdən və məqsədlərdən biri kimi istifadə edib. Ukraynanın beynəlxalq axtarış qərarından sonra Qasparyan artıq Avropaya və digər sivil ölkələrə səfər edə bilməyəcək.
Onu da qeyd edək ki, Qasparyan Rusiyanın mərkəzi təbliğat kanallarında daim Azərbaycan əleyhinə təxribatçı mövqeyi və çıxışları ilə seçilib.
C.Məmmədov