XƏBƏRLENTİ

xeberlenti.com

ABŞ-da daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb

ABŞ-ın Kentukki ştatında daşqınlar nəticəsində ölənlərin sayı 25-ə çatıb. Ştat qubernatoru Endi Beşir bunu şənbə günü yerli televiziya kanalları tərəfindən yayımlanan çıxışı zamanı deyib.

Eyni zamanda o, ölənlərin sayının artmaqda davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, ştatın altı rayonunda fövqəladə vəziyyət elan edilib.

Hadisə yerinə Milli Qvardiya cəlb olunub.

Mənbə: TASS

About Author