XƏBƏRLENTİ

xeberlenti.com

Nə üçün Rusiya ukraynalı əsirləri öldürüb? – USQ generalı izah edib

Rusiya terrorçuları işğal edilmiş Yelenovka kalonuna zərbədən sonra, güman ki, Mariupolun «Azovstal»dan təxliyə olunmuş qalan müdafiəçilərini də öldürməyə cəhd edəcəklər.

Bu fikri «NV» radiosuna USQ general-mayoru Viktor Yaqun səsləndirib.

«Heç bir zəmanət yoxdur ki, bu, baş verməyəcək. Hesab edirəm ki, bu terakt nümunədir. Əsirlərin yaxın vaxtlarda dəyişdirilməsinin və onlara heç nə olmayacağının qarantı Qırmızı Xaç və BMT idi. Biz, növbəti dəfə onun şahidi oluruq ki, Rusiya Federasiyası bütün beynəlxalq təşkilatları saya salmır və Rusiya üçün onların sözü heç nədir» – general deyir.

Onun sözlərinə görə, düşmən ukraynalı əsirlərin kütləvi öldürülməsi ilə dünyanın reaksiyasını yoxlayır.

«Əgər bu, görməzliyə vurulsa, faktiki olaraq, insanlar yoxa çıxacaqlar» – general proqnoz edir.

About Author