XƏBƏRLENTİ

xeberlenti.com

Laçın şəhəri və Zabux kəndində qalan ermənilərin köşürülməsinə başlanılıb

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni fəaliyyət göstərən qonadrma rejimin “təhlükəsizlik şurasının sədri” Vitali Balasanyan bu günlərdə Azərbaycan nümayəndələri ilə görüşüb. Bu barədə turkustan.az məlumat verib.

Məlumatda bildirilir ki, xəbəri Balasanyanın ofisi yayıb. Belə ki, Azərbaycan nümayəndələri ilə təmas Laçın şəhərində Rusiya sülhməramlılarının vasitəçiliyi və iştirakı ilə reallaşıb.

Ofisin məlumatına görə müzakirə mövzusu Laçın şəhəri və Zabux kəndində qalan ermənilərin köşürülməsinə başlanılması, yeni çəkilən yoldan istifadə məsələləri olub.

Qeyd edək ki, Ermənistan mediası bu haqda xəbəri yayanadək bu fakt erməni cəmiyyətindən gizli saxlanılırdı. İndi isə artıq Balasanyanın ofisi bu görüşü təsdiqləməyə məcbur olub.

About Author