XƏBƏRLENTİ

xeberlenti.com

Estoniya və Finlandiya Baltik dənizini Rusiyanın üzünə bağlayacaqlar – Moskva Avropa qapısını tamamilə itirir

NATO ölkələri Rusiyanın Baltik dənizinə çıxışını əngəlləmək və Finlandiya körfəzinə girişi tam nəzarət altına almaq istəyirlər.

Alyans bu planı Finlandiya və Estaniya vasitəsilə həyata keçirməyə çalışır.

Artıq bu istiqamətdə ciddi danışıqlar gedir. Məlumata görə, Şimali Atlantika Alyansına üzv olmağa hazırlaşan Finlandiya ilə Estoniya Baltik dənizi üzərində birgə nəzarətin yaradılması üçün danışıqlar başladıqlarını və bu regionun NATO-nun nəzarətində olacağını bəyan ediblər. Üstəlik, bu iki dövlət Finlandiya körfəzinin girişinə nəzarəti ələ keçirmək üçün sahil, hava və raketdən müdafiə vasitələrini birləşdirmək niyyətindədirlər.

Müşahidəçilərin fikrincə, Tallinn və Helsinkinin bu addımları xüsusən də bir az əvvəl daha üç dövlətin – İsveç, Norveç və Danimarkanın Baltik dənizindəki hərbi gəmilərini Rusiyaya qarşı daim hazır vəziyyətə gətirmələrini bəyan etməsi fonunda ciddi narahatlıq doğurur.

Estoniya və Finlandiya raketlərinin uçuş məsafəsi Finlandiya körfəzinin enini aşır. Bu o deməkdir ki, biz raketdən müdafiə sistemimizi birləşdiririk”, – Estoniyanın müdafiə naziri Hanno Pevkur mövzu ilə bağlı Finlandiyanın “İltalehu” qəzetinə açıqlamasında deyib. Hanno Pevkurun sözlərinə görə, Finlandiya və Estoniya NATO üzvləri kimi digər məsələlərlə yanaşı, sahil müdafiəsini birləşdirəcəkləri barədə razılığa gəliblər. O, qeyd edib ki, birgə sahil müdafiəsi Finlandiya körfəzini Rusiya hərbi gəmilərinin keçişinə bağlaya bilər.

Pevkurun iddiasına görə, payızda və gələn il Estoniya və bütün Baltikyanı ölkələr üçün yeni müdafiə planı hazırlanacaq: “Baltik dənizi Finlandiya və İsveç NATO-ya daxil olandan sonra alyansın daxili dənizinə çevriləcək. Vəziyyət indiki ilə müqayisədə dəyişəcək”, – Estoniyanın müdafiə naziri bildirib.

About Author