XƏBƏRLENTİ

xeberlenti.com

29 siyasi partiya Milli Məclisə təkliflər GÖNDƏRİB

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb.

Hazırda Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq tapşırığına əsasən, böyük ictimai əhəmiyyət kəsb edən bu yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir.

Azərbaycanda dövlət qeydiyyatına alınmış bir çox siyasi partiyalar yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim ediblər.

Həmin partiyaların siyahısını təqdim edirik:

 

  1. Vətəndaş Həmrəyliyi Partiyası
  2. Ana Vətən Partiyası
  3. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
  4. Böyük Quruluş Partiyası
  5. Vəhdət Partiyası
  6. Azərbaycan Demokratik Maarifçilik Partiyası
  7. Demokratik İslahatlar Partiyası
  8. Vətəndaş Birliyi Partiyası
  9. Milli Cəbhə Partiyası
  10. REAL Partiyası
  11. Azərbaycan Demokrat Partiyası
  12. Böyük Azərbaycan Partiyası
  13. Azərbaycan Milli İstiqlal Partiyası
  14. Ədalət Partiyası
  15. Azərbaycan Liberal Demokrat Partiyası
  16. Milli Vəhdət Partiyası
  17. Aydınlar Partiyası
  18. Azərbaycan Naminə Alyans Partiyası
  19. Azərbaycan Sosial Demokrat Partiyası
  20. Azərbaycan Sosial Rifah Partiyası
  21. Cümhuriyyət Xalq Partiyası
  22. Müstəqil Xalq Partiyası
  23. Milli Həmrəylik Partiyası
  24. Azərbaycan Respublikaçılar Partiyası
  25. Azərbaycan Təkamül Partiyası
  26. Milli Demokrat İdrak Partiyası
  27. Gələcək Azərbaycan Partiyası
  28. Haqq Ədalət Partiyası
  29. Azərbaycan Yüksəliş Partiyası

About Author