ABŞ amerikalıları təcili olaraq Ukraynanı tərk etməyə çağırıb.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Departamentdən bildirilib ki, Rusiya yaxın günlərdə mülki infrastruktura zərbələr endirmək üçün səylərini artıracaq. Ona görə amerikalılar təcili olaraq Ukraynanı tərk etməyə çalışmalıdırlar.
ABŞ səfirliyi Amerika vətəndaşlarına Ukraynanı “təhlükəsizdirsə”, quru nəqliyyatı ilə tərk etməyi tövsiyə edib.
Dövlət Departamenti xəbərdarlıq edib ki, Ukraynada müharibə qeyri-sabitdir və xəbərdarlıq olmadan pisləşə bilər.