Bakıda küçədə iki nəfərə qarşı silahlı hücum edilib.
Hadisə avqustun 23-də paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 80 ünvanında qeydə alınıb.
Belə ki, Xəlilov Pərviz Tofiq oğlu tanışı Əlizadə Malik Tağı oğlu ilə birlikdə üzərində olan bıçağın arxası ilə Əzimzadə İmaməli Ulduzxan oğlunun burun nahiyəsindən yumruq və təpiklə, Şahverənov Rafət Rüfət oğlunun bədəninin müxtəlif nahiyələrindən vurub xəsarət yetirib. Daha sonra həmin şəxslər İmaməli Əzimzadə və Rafət Şahverənova məxsus iki ədəd mobil telefonu ələ keçiriblər.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq) və 181.2.5-ci maddələri cinayət işi başlanılıb, Pərviz Xəlilov və Malik Əlizadə şübhəli şəxs qismində tutulublar.