İran Rusiyaya sürətləndirilmiş şəkildə bir neçə yüzə qədər pilotsuz uçuş aparatı çatdırmaq niyyətindədir.
Bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə deyib.
Onun sözlərinə görə, artıq rəsmi Tehran Moskvaya ABŞ pilotsuz uçuş aparatları tədarük edib:
“Hesab edirik ki, Rusiya avqust ayında bir neçə gün ərzində İrandan “Mohajer-6” və “Shahed” seriyalı pilotsuz uçuş aparatlarını alıb. Rusiya təyyarələri İrandakı aerodromda PUA-larla yüklənib, daha sonra təyyarə İrandan Rusiyaya uçub. Gördüklərimiz, qiymətləndirmələrimiz budur”.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də bildirib ki, Moskva Ukraynada hərbi əməliyyat zamanı istifadə etmək məqsədilə İrandan pilotsuz uçuş aparatları alması ilə bağlı Tehranla danışıqları davam etdirir.