Fransa hüquq-mühafizə orqanları “Sarı jiletlilər” hərəkatı tərəfdarlarının Parisdə nümayişi zamanı 100-dən çox adamı saxlayıb.
TASS xəbər verir ki, bu barədə polis prefekturasının mətbuat xidməti məlumat yayıb.
Polis əməkdaşları dəfələrlə paytaxtın müxtəlif ərazilərində, xüsusən Port Sen-Klu yaxınlığında, Kolumbiya meydanında və Trokaderoda əməliyyatlar həyata keçiriblər.
İğtişaşlarda ümumilikdə 103 nəfər saxlanılıb.