Rusiya tərəfi Ukraynanın Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş ərazilərində “referendum”ların təşkili tarixini sentyabrın 11-dən noyabrın 4-nə keçirib. Bu barədə milli telemarafonun efirində Melitopol meri İvan Fedorov məlumat verib.
Onun sözlərinə görə, yerli sakinlərin yalnız 10%-ə qədəri “referendumda” iştiraka razılıq verib.
“Digər tərəfdən də, Ukrayna Silahlı Qüvvələri və partizanların uğurlu fəaliyyətindən sonra “referendum”u təşkil etməli olan seçki komissiyalarında iştirak etmək istəyənlər yoxdur”, – deyə mer əlavə edib.