Bəzən olur ki, pul köçürmək lazım olduqda içində vəsait olmayan kartı heç nədən ehtiyat etmədən kiməsə göndəririk. Düşünürük ki, boş olan kartın göndərilməsi heç bir problem yaratmayacaq. İT mütəxəssiləri isə əksini deyir. Dələduzlar boş kart vasitəsilə də insanların pul olan hesablarına çıxış əldə edə bilirlər. Odur ki, diqqətli olun.
İT mütəxəssisi Fərid Pərdəşünas “Xəzər Xəbər”ə bildirib ki, şəxsi kart kodlarınızı heç kimə verməyin.
Çünki FİN kodla da bankın mobil tətbiqlərində qeydiyyatdan keçmək olur. Eyni zamanda boş kart vasitəsilə insanların pul olan hesablarına çıxış imkanı əldə etmək olur.
Mütəxəssis qeyd edib ki, əsasən bu hal elan saytlarında baş verir. Bildirilir ki, kartınıza pul göndərmək istəyirik, amma bilmək istəyirik real insansız, yoxsa yox. İnsanı belə aldadaraq şəxsiyyət vəsiqəsini əldə etməyə çalışırlar.
Fərid Pərdəşünas vurğulayıb ki, lazımsız hesab edilən kartın məlumatlarını da paylaşmaq eyni dərəcədə təhlükəlidir.
Beləliklə, şəxsi kart kodlarınızı heç kimə verməyərək bank kartlarını dələduzlardan qorumaq mümkündür.