Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının 1-ci Tank Qvardiya Ordusunu darmadığın edib, bu ordunu Moskvanın müdafiəsi və Şimali Atlantika Müqaviləsi Blokuna (NATO) qarşı müharibəyə hazırlamışdılar.
Kəşfiyyat məlumatlarına istinadla bu barədə «Tvitter»də Böyük Britaniyanın Müdafiə Nazirliyi xəbər verib («UNİAN»).
Kəşfiyyatın məlumatına görə, Rusiya silahlı qüvvələrinin Xarkov vilayətində yerləşdirilmiş bölmələri son həftələr boyu 1-ci Qvardiya Tank Ordusundan ibarət olub və Rusiya Federasiyası Qərb Hərbi Dairəsinin tabeliyində fəaliyyət göstərib.
«1-ci Tank Qvardiya Ordusu təcavüzün başlanğıc mərhələsində ağır itkilər verib və Xarkovda Ukraynanın əks-hücumuna qədər tam komplektləşdirilməyib» – xəbərdə deyilir.