XƏBƏRLENTİ

xeberlenti.com

“İran dronları Ukraynada çoxsaylı uğursuzluqlara məruz qalıblar” – PENTAQON

ABŞ Müdafiə Nazirliyində hesab edirlər ki, Rusiya işğalçılarının Ukraynaya qarşı müharibədə istifadə etdikləri İranın kamikadze-dronları özlərini döyüş meydanında gözlənildiyindən pis göstəriblər. Onlar çoxsaylı uğursuzluqlara məruz qalıblar.

Bu barədə Pentaqon başçısının siyasi məsələlər üzrə müavini Saşa Beyker bəyan edib («CNN»).

Onun sözlərinə görə, Vaşinqton Rusiya Federasiyası ordusu tərəfindən istifadə olunan PUA-ların uğursuzluqlarından xəbərdardır.

«Biz, İranla əlaqəli olan PUA-larla bağlı bəzi həqiqətləri gördük – onlar artıq Ukraynadakı döyüş meydanlarında çoxsaylı uğursuzluqlara düçar olublar» – Beyker deyib.

O, qeyd edib ki, İran dronları Rusiyaya Ukraynadakı tammiqyaslı müharibədə texnoloji üstünlüyü təmin etmir.

About Author