“Rusiya Prezidenti Vladimir Putin dünən Çeçenistan rəhbəri Ramzan Kadırova general- polkovnik rütbəsi verib. O, bu addımı Çeçenistan qüvvələrinin dəstəyini gələcəkdə də təmin etmək üçün atıb”.
Bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutundan bildirilib.
Qeyd olunub ki, Rusiyada qismən səfərbərliklə bağlı daxili narazılıq artır və Prezident Vladimir Putin müdafiə naziri ordu generalı Sergey Şoyqunu “günah keçisi” kimi göstərmək istəyir.
Məlumata görə, Ukrayna ordusu oktyabrın 5-də Luqansk vilayətinin qərbində daha 2 yaşayış məntəqəsini işğaldan azad edib: “Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumatı təsdiqləyib. Ukraynanın davam edən şimal və cənub əks-hücumları qarşı tərəfin işini çətinləşdirir. Rusiya qüvvələri dünən İran istehsalı olan PUA-larla Kiyev vilayətinin Bila Tserkva bölgəsinə zərbələr endirib. Rusiya Prezidenti Vladimir Putin Zaporojye Atom Elektrik Stansiyasının (AES) Rusiyanın tam nəzarətində olması üçün tədbirlər görür. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bu həftə Moskva və Kiyevə səfər etməyi planlaşdırır”.
ABŞ İnstitutundan bildirilib ki, Ukraynanın Xarkov istiqamətindəki əks-hücumları 1 aydır davam edir: “Əməliyyatlar hələ yekunlaşmayıb. Hazırda Ukrayna Silahlı Qüvvələri Luqanska doğru irəliləyir”.