Ukrayna tərəfindən terror aktlarının davam edəcəyi təqdirdə Rusiya daha ağır cavab verəcək.
APA xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz “Telegram” kanalında yazıb.
O əlavə edib ki, “dünyanın heç bir yerində terrorçularla danışıqlar aparılmır”.
“Kiyev rejiminə qarşı cavabımız əvvəlkindən də ağır olacaq.
Baş vermiş terror aktlarının bütün təşkilatçıları və iştirakçıları tapılmalıdır, müqavimət göstərənlər isə məhv edilməlidir”, – Volodin qeyd edib.
Xatırladaq ki, oktyabrın 8-də səhər saat 06:00 radələrində Krım körpüsünün avtomobil yolu keçən hissəsində yük avtomobili partlayıb. Kreml bunu Ukrayna tərəfindən törədilmiş terror aktı kimi qiymətləndirib.