Ukraynanın cənubunda ötən sutka ərzində İran istehsallı 26 “Şahed” kamikadze dronu zərərsizləşdirilib.
UNIAN xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.
Bildirilib ki, dronlar zenit-raket bölmələri və qırıcıların köməyi ilə məhv edilib.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynanın şəhərlərini İran istehsallı PUA-larla hədəf aldığını söyləyib.