XƏBƏRLENTİ

xeberlenti.com

Rişi Sunak Britaniyanın yeni Baş naziri olub

Rişi Sunak Böyük Britaniyanın yeni Baş naziri olub.

Onun 180 mühafizəkar deputat dəstəkləyib, yeganə rəqibi Penni Mordont isə 30 səs belə toplaya bilmədiyindən namizədliyini geri götürüb. Nəticədə R.Sunak avtomatik olaraq Britaniya Mühafizəkarlar Partiyasının rəhbəri seçilib.

Bununla da 42 yaşlı siyasətçi Britaniya tarixində son 200 ilin ən gənc Baş naziri olub.

Qeyd edək ki, Hindistanəsilli R.Sunak 1980-ci ildə Böyük Britaniyada doğulub. O, sabiq Baş nazir Tereza Meyin dövründə nazir müavini, Boris Consonun dövründə isə maliyyə naziri işləyib.

Xatırladaq ki, Liz Trass oktyabrın 20-də 45 günlük hakimiyyətindən sonra istefaya gedib.

About Author