XƏBƏRLENTİ

xeberlenti.com

Akar israilli həmkarının Türkiyəyə gözlənilən səfərinə münasibət bildirib

İsrail müdafiə nazirinin Türkiyəyə gözlənilən səfəri uzun illərdən sonra bu istiqamətdə bir səfər olacaq.

APA “NTV Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə keçirilmiş Nazirlər Kabinetinin yığıncağından sonra media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.

“İsrailin müdafiə naziri Beni Hantsın 27 oktyabrda Türkiyəyə gözlənilən səfəri uzun illərdən sonra bu formatda ilk səfər olacaq. Ümumi vəziyyəti qiymənləndirəcəyik. Bizim siyasətimiz və baxışlarımız bəllidir”, – deyə Akar qeyd edib.

Nazir həmçinin qeyd edib ki, Türkiyə son dərəcə şəffaf bir siyasət yürüdür: “Siyasi baxışlarımızı da çatdıracağıq. Hadisələrin inkişafına uyğun olaraq, sonrakı mərhələlərin nələrdən ibarət olacağını görəcəyik”.

About Author