Avropa İttifaqı İranın Rusiyaya PUA verməkdə şübhəli bilinən dörd şirkətini “qara siyahı”ya salıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, pilotsuz uçuş təyyarələri verməkdə şübhəli bilinən iki fiziki və iki hüquqi şəxsə qarşı sanksiya tətbiq edilib.
Bununla yanaşı, Rusiyanın səkkiz, Suriyanın iki vətəndaşı, həmçinin Suriya polad şirkəti də “kimyəvi silahların yayılmasına” görə “qara siyahı”ya salınıb.