Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun bacısı Elma Aveyru son günlər tənqid olunan qardaşını müdafiə edib.
Qol.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabındakı paylaşımda yazıb:
“İrəli, Portuqaliya! İsveçrə ilə oyunda möhtəşəm qələbə qazanıldı. Yaxşı ki, Ronaldo istirahət etdi. Növbəti matça daha yaxşı hazırlaşacaq.
İkiüzlülərə sözüm var: ağzınızı bağlayın və yediyiniz qaba tüpürməyin. Milli komandaya kimin oynamasından asılı olmayaraq dəstəyinizi göstərin. Yığmaya və Ronaldoya hörmət edin”.