Mərakeş millisinin azarkeşləri Qətərdəki dünya çempionatının 1/4 final mərhələsində Portuqaliya üzərində qələbədən sonra Fransanın paytaxtı Parisdə iğtişaşlar törədib.
Yelisey meydanına toplaşan afrikalı fanatlar yığmalarının yarımfinala yüksəlməsini çılğınlıqla qeyd ediblər. Nəticədə polislərlə tərəfdarlar arasında qarşıdurma baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Sosial şəbəkələrdə yayılmış videolarda polislərin azarkeşlərə qarşı fiziki güc tətbiq etdiyi, onları dəyənəklərlə vurduqları açıq-aşkar görünür.
Qeyd edək ki, 1/4 finalda Portuqaliyanı 1:0 hesabı ilə məğlub edən Mərakeş yığması yarımfinalda Fransa ilə qarşılaşacaq. Görüş dekabrın 14-də baş tutacaq.