Türkiyə ordusu Suriyanın şimalında daha 8 terrorçunu məhv edib.
“TRT Haber” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Fırat Kalkanı” və “Zeytin Dalı” əməliyyatlarının keçirildiyi zonada təsbit olunmuş 8 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
“Terrorçu haradadırsa, hədəf oradır. Terrorla bağlı mübarizəmiz effektiv və qərarlı şəkildə davam edəcək”, – məlumatda qeyd olunub.