XƏBƏRLENTİ

xeberlenti.com

Rusiyanın dondurulmuş aktivləri Ukraynaya veriləcək

Estoniya hökuməti Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya təhvil verilməsi prosesinə başlayır. Çünki Avropa Komissiyası aktivlərdən istifadə edib-etməmək barədə qərar verməkdə irəliləyiş əldə edə bilməyib.

Bu barədə Estoniyanın xarici işlər naziri Urmas Reinsalu bildirib.

“Avropa ölkələri Avropa Komissiyasına Ukraynanın bərpası üçün dondurulmuş aktivlərin istifadəsinə imkan verəcək hüquqi sxem hazırlamağı tapşırıb. Lakin bu məsələ ilə bağlı razılıq əldə olunmayıb. Biz bunu hökumətdə müzakirə etdik və qərara gəldik ki, paralel olaraq bu pulların istifadəsinə icazə verəcək hüquqi mexanizm yaratmağa başlayaq”, – deyə nazir vurğulayıb.

XİN başçısı qeyd edib ki, hökumətin qərarı beynəlxalq hüquq baxımından presedent olacaq.

About Author