“Görünür, Rusiya-Ukrayna müharibəsi qarşıdakı aylarda daha da şiddətlənəcək”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın tviterdə yazıb.
O bildirib ki, bu, daha çox ölüm və daha uzunmüddətli böhran deməkdir: “Atəşkəsdən əsir mübadiləsinə, taxıl daşınmasından nüvə təhlükəsizliyinə qədər bütün sahələrdə Türkiyə dialoqun təmin olunması üçün səylərini davam etdirir”.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb.