XƏBƏRLENTİ

xeberlenti.com

Rusiyada böyük bazar YANDI

Rusiyanın Samara vilayətində yanğın olub.

TASS  xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Yanğın Samara vilayətinin Kinel şəhərindəki bazarda baş verib.

“Moskva vaxtı ilə saat 02:33-də Kinel şəhərincdə yanğınla bağlı məlumat daxil olub. Gələn bölmələr ərzaq bazarının yandığını müəyyən ediblər. Yanğının sahəsi 1500 kvadratmetrdir”, – deyə məlumatda qeyd olunub.

Hadisə zamanı ölən və yaralananlar olmayıb. Yanğının söndürülməsinə 97 nəfər canlı qüvvə və 35 texnika cəlb olunub.

About Author