XƏBƏRLENTİ

xeberlenti.com

“Ölüm podratçıları…” – Möhürlənən binanı otel edib… + FOTO

Oteldə qonaqlayan 39 nəfərlik voleybol komandasından cəmi 5 nəfər sağ qalıb

Fevralın 6-da baş verən zəlzələ nəticəsində dağılan minlərlə binadan biri də Adıyamanda yerləşən “Grand İsias” oteli olub.

Qeyd edək ki, baş verən zəlzələdən sonra otel binası tamamilə çöküb. Adıyamanda keçiriləcək turnir üçün gələn “Qazi Mağusa Türk Maarif Kolleci”nin kişi və qadın voleybolçularından ibarət 39 (13-14 yaşlı uşaqlardan ibarət komanda-red.) nəfərlik komandanın da qonaqladığı otelin uçması nəticəsində yüzlərlə insan həlak olub.

25 gənc idmançı, doqquz valideyn, bir müəllim, iki direktor köməkçisi və iki məşqçidən ibarət heyətdən yalnız 4 valideyn və bir direktor müavini sağ qalıb.

 

 

Qəbiristanlığa dönən oteldən sağ çıxan vətəndaşlardan biri bunları deyib:“Otel sanki iki yerə bölünmüşdü. Burada çoxlu turistlər və bələdçilər də var idi. O bələdçilərdən 27-si artıq həlak olub. Dağıntılar altından yüzdən çox cəsəd çıxarılıb”.

Türkiyə mətbuatında dərc olunan məlumatlara görə, otelin sahibləri Əhməd Bozqurd və Efe Bozqurd olub.

Xəbərdə qeyd olunur ki, onlar iki köhnə binanı birləşdirərək, xarici divarını yeniləyiblər. Daha sonra isə otelin açılışını ediblər. Foye üçün nəzərdə tutulan sütunlar və tirlər kəsilib. Beton az işlənsin deyə, sütun və plitələrin içərisinə briketlər (qum və sementdən istehsal olunan kərpic-red.) qoyulub.

Həmçinin qeyd olunur ki, otel binası yoxlanışdan keçmədiyi üçün bir neçə dəfə möhürlənib. Amma necə olubsa, həmin möhür qaldırılıb və otelin fəaliyyəti yenidən bərpa edilib.

About Author