XƏBƏRLENTİ

xeberlenti.com

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 176 240 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 629 tank, 7 005 zirehli maşın, 2 707 artilleriya sistemi, 532 reaktiv yaylım atəşi sistemi, 280 hava hücumundan müdafiə sistemi, 306 təyyarə, 291 helikopter, 2 283 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 573 avtomobil texnikası və avtosistern, 299 xüsusi texnikadan ibarətdir.

 

About Author