Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-dən dəstək istəyən Ermənistana haqq qazandıran açıqlama verib.
İyunun 20-də KTMT-yə üzv ölkələrin Xarici İşlər nazirlərilə görüşdə iştirak edən Belarus başçısı sözügedən qurumun fəaliyyətinə dair haqlı narazılıqların olduğunu deyib: “Qırğızıstan çoxdandır Tacikistanla münaqişənin həlli üçün yardım istəyir. Ermənistan haqlı iddialar irəli sürür. Əgər biz bu problemləri vaxtında həll etməsək, KTMT ölkələri həmişə bir-birini günahlandıracaqlar. KTMT ölkələrinin problemlərinin dərinliyinə getmək lazımdır”.
Xatırladaq ki, Ermənistanın KTMT-dən narazılığı Azərbaycana qarşı müharibədə təşkilatın ona istədiyi dəstəyi göstərməməsilə bağlıdır.