Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın nüvə silahından istifadə ehtimalını şərh edib.
O, Putinin nüvə silahına əl atacağına inanmadığını deyib.
Dövlət başçısı əlavə edib ki, Ukrayna kəşfiyyatı Rusiyanın Zaporojye atom elektrik stansiyasını minalaya biləcəyini düşünür.
Qeyd edək ki, ötən ilin sentyabrında da Zelenski Rusiyanın nüvə silahından istifadə ehtimalına inanmadığını bildirmişdi.
Xatırladaq ki, bir müddət öncə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna və Şərqi Avropadakı nüvə obyektlərini atəşə tutmağa çağırıb.