Gürcüstanın Kutaisi Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.
Bu barədə Gürcüstan Hava Limanları İttifaqı məlumat yayıb.
Buna səbəb intensiv yağıntının hava limanını subasmaya məruz qoymasıdır.
“Güclü yağış səbəbindən hava limanının sərnişin terminalının fəaliyyəti dayandırılıb. Hazırda bütün zəruri ehtiyat tədbirləri görülüb. Kutaisi Beynəlxalq Hava Limanında planlaşdırılan reyslər Tbilisiyə doğru istiqamətləndirib”, – deyə Gürcüstan Hava Limanları İttifaqının mesajında deyilir.
Hadisə şahidləri bildirirlər ki, hava limanının damının bir hissəsi dəhlizlərdən birində uçub, bəzi otaqları su basıb və elektrik enerjisi kəsilib.