XƏBƏRLENTİ

xeberlenti.com

Rusiyanın nüvə silahları Belarusdadır – ABŞ kəşfiyyatı təsdiqlədi

Amerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi Rusiyanın taktiki nüvə silahlarının Belarusda olduğunu təsdiqləyir.

Bu barədə CNN telekanalı adları açıqlanmayan yüksək çinli rəsmilərə istinadən xəbər verir.

Məlumatda vurğulanr ki, kəşfiyyat idarəsi Rusiya Prezidenti Vladimir Putinin taktiki nüvə silahının Belarusda yerləşdirildiyi barədə dediklərinə şübhə üçün heç bir əsas görmür. Putin hələ ötən ay nüvə silahlarının artıq Belarus ərazisində olduğunu deyib.

Bundan əvvəl ABŞ kəşfiyyatından CNN-ə Belarusda taktiki nüvə silahının yerləşdirilməsi və saxlanılması üçün hər hansı işin aparılmadığını deyiblər.

Putinlə Lukaşenko isə tikinti işlərinin aparılmasından iyulda danışıblar.

Bununla belə, Amerika kəşfiyyatının nümayəndələri Belarus ərazisində sovet dövründən qalan nüvə yüklərini saxlamaq üçün istifadə oluna bilən obyektlərin mövcud olduğunu etiraf edirlər.

Kəşfiyyat məlumatlarında vurğulanır ki, Belarusda yerləşdirilən nüvə yüklərinə Moskva özü nəzarət edəcək. Beləki kəşfiyyat nümayəndələri Lukaşenkonun nüvə silahından mümkün istifadəsi ilə bağlı qərarlar qəbul edəcəyi və lazım gələrsə, “tərəddüd etmədən” istifadə edəcəyi ilə bağlı onun səsləndirdiyi iddiaları şübhə altına alırlar.

O, da vurğulanır ki, silahların Minskin nəzarətinə verilməsi Rusiyanın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən irəli gələn öhdəlikləri pozması olardı.

Putin özü də çıxışlarında nüvə silahının Rusiyanın nəzarətində qalacağını bildirib. Belarusda nə qədər nüvə yükünün yerləşdirildiyi və ya yerləşdiriləcəyi məlum deyil.

Vaşinqton Rusiyanın nüvə silahlarının Belarusda yerləşdirilməsini pisləyib. Amma bununla yanaşı Amerika rəsmiləri nüvə silahından istifadənin artan risklərini görmədiklərini və bu səbəbdən də ABŞ nüvə qüvvələrinin döyüş hazırlığının səviyyəsini dəyişmək niyyətində olmadıqlarını bildirirlər.

About Author