Xaçmazda daha bir intihar baş verib.
Xeberlenti.com-un əldə etdiyi məlumata görə, hadisə rayonun Niyazabad kəndində qeydə alınıb.
Kənd sakini, 41 yaşlı Asif Ağayev özünü dənizə atıb.Onun meyiti tapılaraq sudan çıxarılıb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.