XƏBƏRLENTİ

xeberlenti.com

BƏŞƏRİYYƏTİN ƏN AĞIR CİNAYƏTİ-İNSAN ALVERİ

Müasir dövrün ən ağır, ən dəhşətli və faciəvi hadisələrindən biri də İnsan alveridir.2005 ci il 16 may tarixində İnsan alverinə qarşı Varşava konvensiyası qəbul edilib.İnsan alveri şəxsin çarəsiz vəziyyətindən, istifadə edərək istismar etməkdir.

İnsan alveri insan hüquqları pozuntusudur.İnsan alverində zərərçəkən şəxslərin çoxu qadınlardır.Ailəsini itirmiş, təhsili olmayan, məişət şəraiti və maddi vəziyyəti aşağı olan qadınlar, yetkinlik yaşına çatmayan yeniyetmələrin insan alverinə məruz qalma riski daha böyükdür.İnsan alverini BMT silah alverindən sonra  dünyada ən geniş yayılmış gəlir gətirən sahə hesab edir.ABŞ-ın Federal Tədqiqat Bürosu insan alverinin hər il 9,5 milyard gəlir gətirdiyini vurğulayıb.

Ölkəmizdə insan alverinə qarşı daim mübarizə aparılır,lakin aparılan mübarizədə bu cür halların sayı azalmır artan statistika ilə davam edir.2022 ci il statistikasına əsasən  ölkəmizdə il ərzində 64 insan alveri hallarına rast gəlinib,157 nəfər əxlaqsız yollara cəlb edilmişdir.

İnsan alveri mənəvi və əxlaqi dəyərlərin pozulmasına, mütəşəkkil cinayətkarlıq hallarının artmasına insanların hüquq və azadlıqların pozulmasına səbəb olur.

İnsan alverinə qarşı bir çox təşkilatlar ölkəmizdə fəaliyyat göstərir,  Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi var, lakin  insan alverinin qarşısını tam almaq hələdə mümükün deyil.Yalnız bu biyabırçılığın qarşısını ictimaiyyətin özü ala bilər.Buna görə də ictimai nəzarəti gücləndirmək lazımdı.

Çinarə Hüseynova

 

About Author