Bazar ertəsi İspaniya hökuməti Ukraynaya “Leopard 2A4” tanklarının və zirehli transportyorların yeni partiyasını göndərib.
Xeberlenti.com xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyinin məlumatında deyilir.
“İyulun 24-də Ukraynaya istiqamətlənmiş hərbi və humanitar materialların olduğu gəmi Santander limanını tərk edib. Bütün yükün avqustun əvvəlində Kiyevə daşına biləcəyi gözlənilir. İspaniyanın göndərdiyi partiyaya hökumətin vəd etdiyi dörd “Leopard 2A4” də daxildir. Qeyd edək ki, bir müddət öncə Ukrayna hökumətinə eyni xüsusiyyətlərə malik altı “Leopard 2” də verilib”, – nazirlik əlavə edib.
Bildirilib ki, Kiyevə 10 zirehli transportyor, 10 yük maşını, bir neçə təcili yardım maşını və müxtəlif döyüş sursatları da göndərilib.