Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri isə Xalq artisti Şəfiqə Məmmədovadır.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) idarə heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında qərar qəbul edilib.
Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev məlumat verib.
Onun sözlərinə görə, iclasda ölkədəki kino sahəsinə dəstək məqsədilə hər iki qurumun birləşməsi ilə bağlı qərar qəbul edilib