XƏBƏRLENTİ

xeberlenti.com

ABŞ sentyabrda Ukraynaya “Abrams” tanklarının tədarükünə başlayacaq

ABŞ hakimiyyəti Ukraynaya “Abrams” tanklarının tədarükünə sentyabr ayında başlamaq niyyətindədir.

“Politico” qəzeti bu barədə Pentaqondakı mənbələrinə istinadla məlumat yayıb.

“Avqustda bir neçə “Abrams” tankı yekun modernizə üçün Almaniyaya göndəriləcək. Proses başa çatdıqdan sonra gələn ay tankların ilk partiyası Ukraynaya yola salınacaq”, – deyə qəzetin mənbələrindən biri bildirib. Onun sözlərinə görə, söhbət köhnə model M1A1 tanklarından gedir.

Məlumata görə, ilk partiya 6-8 tankdan ibarət olacaq. Ümumilikdə isə Vaşinqton Kiyevə 31 tank göndərməyi planlaşdırır. Tədarükdən öncə tanklardan məxfi texnologiyalar çıxarılır. Ukraynalı hərbçilər avqust ayında başa çatacaq on həftəlik hazırlıq kursundan sonra “Abrams” tanklarını idarə edə biləcəklər.

About Author