XƏBƏRLENTİ

xeberlenti.com

LUİS BONO NÖVBƏTİ DƏFƏ İRƏVANA GƏLƏCƏK

ABŞ Dövlət Katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono bu həftə regiona səfər edəcək. Bu barədə erməni mediası ABŞ-ın İrəvandakı səfirliyinə istinadən məlumat yayıb.  Bildirilir ki, o, bu həftə Ermənistanda olacaq. Luis Bono ABŞ-ın sülh prosesinə dəstəyini və davamlı sülhə nail olmağın ən yaxşı yolunu müzakirə edəcək.  Xatırladaq ki, Luis Bono sonuncu dəfə may ayında bölgədə olub. O, Bakıda və İrəvanda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərini müzakirə edib.

 

 

 

 

About Author