Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Ermənistan Baş naziri Nikol Paşinyana müraciət edib.
“Sputnik Armenia” xəbər verib ki, Şvıdkoy Ermənistanın hökumət başçısından bu ölkənin Rusiyadakı sabiq səfiri, bəstəkar Armen Smbatyanın müdafiəsi ilə bağlı – onun barəsində seçilmiş həbs qətimkan tədbirinə yenidən baxılmasına köməklik göstərməsini xahiş edib.
Xatırladaq ki, Ermənistanın Rusiya və İsraildəki sabiq səfiri Armen Smbatyanla oğlu Sergey Smbatyan ötən ayın 29-u Baş Prokurorluq tərəfindən saxlanılıb.
Onlar dələduzluqda şübhəli sayılır. Qeyd edilib ki, onların qanunsuz əməlləri nəticəsində dövlətə 966 milyon dram (təxminən 2.5 milyon dollar) məbləğində ziyan dəyib.