XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycan boksçuları II MDB Oyunlarını 10 medalla başa vurublar

Belarusda keçirilən II MDB Oyunlarında boks yarışlarına yekun vurulub.

Azərbaycan Boks Federasiyasından  bildiriblər ki, milli komandamız mötəbər turniri 10 medalla başa vurub. Komandamızın heyətində Aynur Mikayılova (54 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Ziya Həsənov (71 kq) və Fərhad Şeydayev (75 kq) gümüş medallara sahib olublar. Ömər Aslanlı (54 kq), Aslan Quliyev (63,5 kq), Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq) və Qızbəs İsgəndər (60 kq) isə milimizin aktivinə bürünc medallar yazdırıblar.

Yığmamız bu nəticə ilə komanda hesabında beşinci yeri tutub.

Qeyd edək ki, boksçularımız Bakıya avqustun 14-də qayıdacaqlar.

About Author