XƏBƏRLENTİ

xeberlenti.com

Neftin qiyməti yüksələcək

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb.

ING “Brent” markalı neftin barelinin qiymətinin bu ilin üçüncü rübündə 86 dollar, ilin sonunda isə 92 dollar təşkil edəcəyini proqnozlaşdırır.

ING hesab edir ki, neftin qiyməti 2024-cü ilin ilk rübündə 95 dollara qədər yüksələcək.

Maliyyə korporasiyası ümumilikdə neftin orta illik qiymətini 2023-cü il üçün 84 dollar, 2024-cü il üçün 89 dollar, 2025-cü il üçünsə 75 dollar proqnozlaşdırıb.

About Author