XƏBƏRLENTİ

xeberlenti.com

İranda 733 nəfər qum fırtınasında xəsarət alıb

İranın cənub-şərqində Sistan və Bəlucistan əyalətində qum fırtınası nəticəsində 733 nəfər xəsarət alıb. 

Son günlər ərzində 733 nəfər tibb müəssisəsinə müraciət edib. Onlardan 58 nəfəri həkim nəzarətində saxlanılıb.

Zərərçəkmiş şəxslərdə tənəffüs, ürək-damar və görmə ilə bağlı problemlər müşahidə edilib.

About Author