XƏBƏRLENTİ

xeberlenti.com

“ABŞ-nin Ukraynanı sonadək dəstəkləyəcəyini gözləmək sadəlövhlük olar” –

“ABŞ-nin proseslərə ancaq öz maraqları kontekstindən yanaşmasına dair kifayət qədər nümunə var”.

Bunu  politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, rəsmi Vaşinqton uzun illərdir ki, belə xarici siyasət kursunu yeridir:

“ABŞ-nin Ukraynanı sonadək dəstəkləyəcəyini gözləmək sadəlövhlük olar. Maraqları bunu tələb edəndə Ağ Ev Ukraynanı rahatlıqla yarı yolda qoya bilər. Biznesdə belə bir qayda var: xərclər mənfəəti üstələməməlidir. ABŞ də proseslərə bu aspektdən yanaşır. Nəzərə almaq lazımdır ki, Prezident Cozef Bayden müharibəyə xeyli vəsait ayırıb. Əgər əks-hücum əməliyyatlarında lazımi nəticə əldə olunmasa, əlbəttə, ABŞ Ukraynadan sülh danışıqlarına başlamağı tələb edə bilər. Onu da nəzərə almaq lazımdır ki, ABŞ-nin Ukraynadakı müharibədə tutduğu mövqe artıq daxili müzakirələrə səbəb olub”.

About Author