XƏBƏRLENTİ

xeberlenti.com

Qərbi Azərbaycan İcması İspaniyanın mövqeyini kəskin pisləyib

İcma İspaniyanı Ermənistandan qovulmuş azərbaycanlıların dinc yolla, təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasını dəstəkləməyə çağırıb.
 Qərbi Azərbaycan İcması son vaxtlar İspaniyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hədəf alan, separatizmi təşviq edən mövqeyini kəskin şəkildə pisləyib. Bu barədə İcmadan məlumat verilib.
Bildirilib ki, icma rəsmi Madriddən beynəlxalq hüquqa münasibətdə ikili standartlar siyasətinə son qoymağı və Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edib.
İcma İspaniyanı Ermənistandan qovulmuş azərbaycanlıların dinc yolla, təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasını dəstəkləməyə çağırıb.

About Author