XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycanda ilin sonunadək ev təsərrüfatlarının 55 %-i optik internetlə təmin olunacaq

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 431 min ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib.

Bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC məlumat verib.

“Yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır. Layihə müddətində köhnə mis magistral kabel infrastrukturunun optik kabellərlə əvəzlənməsi və optik paylayıcı şəbəkənin qurulması həyata keçirilir”, – məlumatda deyilir.

Hazırda ümumilikdə 1,25 milyondan çox ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatlarının 47 %-ni təşkil edir və cari ilin sonuna kimi 55 %-ə çatdırılması hədəflənib.

“Aztelekom”dan bildirilib ki, Azərbaycanda gələn ilin sonunadək bütün ev təsərrüfatlarının GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) və digər texnologiyalar vasitəsilə mini

About Author