İran rejiminin hərəkətlərinin qarşısını almaq məqsədi ilə Fars körfəzi bölgəsinə F-35S qırıcıları göndərilib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
“ABŞ Hərbi Hava Qüvvələrinin F-35S qırıcıları İran rejiminin bölgədəki hərəkətlərinin qarşısını almaq üçün dəniz missiyalarında 5-ci donanmaya dəstək verəcək”,- məlumatda bildirib.
Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanması bölgədəki qüvvələrini artırmaq əzmində olduğunu açıqlamışdı.